2030-a qədər hava donanmamızın yarısı sıradan çıxa bilər - "Rosaviatsiya"

Rusiya Federal Aviasiya Agentliyinin ("Rosaviatsiya") qiymətləndirmələrinə görə, qarşıdakı beş ildə 339 təyyarə və 200 helikopter istismardan çıxarılacaq. 

Sherg.az xəbər verir ki, bu, Rusiyanın mövcud hava donanmasının yarısından çoxuna bərabərdir.

Söhbət təkcə 40–60 il əvvəl istehsal olunmuş köhnə Sovet təyyarələrindən getmir. Siyahıya həm də sanksiyalar səbəbindən texniki xidməti mümkünsüzləşən 109 xarici istehsallı təyyarə daxildir.