Lukaşenko MDB ölkələrinə: Təhlükəlidir, uzaq durun

Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-yə üzv ölkələri bəşəriyyət üçün təhlükəli avantüralara cəlb olunmasına yol verməməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə MDB-nin Düşənbədə keçirilən sammitində çıxışı zamanı bildirib.
“Ən ali prioritet — MDB məkanında təhlükəsizliyin təmin olunması və sülhün qorunmasıdır. Biz dövlətlərin regionumuza və bütün bəşəriyyətə təhdid yarada biləcək ən təhlükəli avantüralara cəlb olunmasına yol verməməliyik”, Lukaşenko qeyd edib.