Zelenski Trampın təklifini qəbul etdi: “Olduğumuz mövqelərdə dayanmalıyıq”

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın döyüş əməliyyatlarını mövcud xəttdə dayandırmaqla bağlı çağırışını dəstəkləyib.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski Ağ Evdə Trampla görüşdən sonra jurnalistlərə bildirib.

“Tramp haqlıdır. Biz olduğumuz yerdə dayanmalıyıq və bundan sonra danışıqlara başlamalıyıq”, - o deyib.

Ukrayna lideri əlavə edib ki, cəbhə xəttinin “dondurulmasından” sonra sülh danışıqlarına başlamaq mümkündür.