Cənub-Şərqi Afrika ölkəsi Malavidə seçkidən sonrakı siyasi böhran bu dəfə dörd it ətrafında düyünlənib.
Sherg.az xəbər verir ki, iddialara görə, sabiq prezident Lazarus Çakveranın evində olduğu deyilən və “qara sehr obyektlərini aşkar edə bildiyi” bildirilən mühafizə itləri yeni prezident Peter Mutharikanın 80 polisi hərəkətə keçirməsinə səbəb olub.
Rəsmi açıqlamaya görə, dövlətə məxsus sayılan dörd mühafizə iti seçkidən sonra prezident iqamətgahından yoxa çıxıb və daha sonra sabiq dövlət başçısının şəxsi evinə aparıldığı müəyyən edilib. Hazırkı prezident itlərin onun təhlükəsizliyi üçün vacib olduğunu bildirərək geri qaytarılmasını tələb edib.
Lakin Lazarus Çakvera qapını açmaqdan imtina edib və məsələ məhkəməyə daşınıb. Texniki səbəblərlə axtarış qərarı dayandırılıb və iş hələ də yekunlaşmayıb.
Beləliklə, Malavidə siyasi qarşıdurma bu dəfə “sehr aşkarlayan” mühafizə itləri üzərindən davam edir.