600 min insan Kiyevi tərk edib - Kliçko

Yanvar ayında təxminən 600 min insan Kiyevi tərk edib.

Axar.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.

“Bu ay 3 milyondan çox sakinin yaşadığı paytaxtı artıq 600 min insan tərk edib”, - o bildirib.

Qeyd edək ki, Kliçkonun mətbuat xidməti sonradan bu xəbərin rəsmi miqrasiya deyil, mobil ödəniş məlumatları olduğunu bildirib. Operatorların hesablamalarına görə, hazırda Kiyevdə təxminən 600 min daha az abunəçi gecələyir.