600 min insan Kiyevi tərk etdi

Rusiya Silahlı Qüvvələrinin intensiv hücumları nəticəsində yaranan enerji böhranı səbəbindən 600 mindən çox insan Ukraynanın paytaxtı Kiyev şəhərini tərk edib.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

“Şəhər zədələnmiş infrastruktur səbəbindən böyük elektrik itkisi və kəsintilərlə mübarizə aparmağa davam edir”, - mer bildirib.