İran və ABŞ arasında Cenevrədə danışıqlar nizamlanma üçün yeganə mümkün yoldur.
Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin baş diplomatının sözçüsü Ənvər əl-Anuni bildirib.
"Biz, Avropa Birliyi olaraq əminik ki, diplomatiyaya şans verilməsi vacibdir. Üstəlik, bu məsələnin etibarlı həlli yalnız diplomatik yolla tapıla bilər", - o söyləyib.
Qeyd edək ki, fevralın 17-18-də Cenevrədə İran-ABŞ nümayəndələri danışıqlar aparacaqlar.