Abdullah Ağar: “Yeni Yaxın Şərq formalaşır – Tramp planı işə düşür”
11:19 13.10.2025
Dünya
264
"Trampın HƏMAS üzərində təzyiqlərini artırması, onun hərəkət sahəsini və seçim imkanlarını daraltması, təzyiq və “həll vasitəsi” kimi istifadə olunan zorakılığın Tramp planına uyğun şəkildə intensivləşməsi, Fələstinin yeni dövlət kimi tanınması ilə paralel olaraq “iki dövlətli həll” ideyasının və dövlət qurmaq ümidinin daha təsirli bir silah kimi istifadə olunması, Qətər hücumunun bölgəyə təsiri, Türkiyənin prosesə daxil edilməsi və HƏMAS-ın “sağ və ya həyatını itirmiş girovlarının artıq üstünlük deyil, yük olduğu”na inandırılması nəticəsində HƏMAS rəhbərliyinin varlığını davam etdirməsi getdikcə mümkün olmayacağı aydınlaşdı".
Bu sözləri Sherg.az-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.
O qeyd edib ki, ABŞ-nin iki ildir “Strateji Sükut” içində yenidən qurmağa çalışdığı Yaxın Şərqin ilk versiyası formalaşır:
"7 oktyabr hücumları ilə ağır zərbə almış sistem -IMEC, İbrahim Razılaşmaları, nüvə əməkdaşlığına əsaslanan Səudiyyə-İsrail oxu və Türkiyə-ABŞ xətti indi yenidən qurulma mərhələsindədir. Qəzza-İordan çayının qərb sahili, Suriya və İraq formulları yenidən müəyyənləşdirilir. Altı ərəb dövləti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir, İordaniya və Oman 7 oktyabrdan bəri, həmçinin Küveyt və Bəhreyn bu planın içərisində iştirak edir. Yaxın Şərqin yeni geosiyasi və təhlükəsizlik arxitekturası MEAD (Middle East Air Defense) artıq formalaşır və İranla qarşıdurma kontekstində praktik tətbiqi müşahidə olunur.
Cənubi Qafqaz (Zəngəzur–INSTC) xətti də bu arxitekturanın həm maraq, həm də təsir dairəsinə daxildir. Yeni Yaxın Şərqə xoş gəlmisiniz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm