ABŞ Avropada yüzlərlə modifikasiya olunmuş nüvə bombası yerləşdirib

ABŞ Avropadakı altı hava bazasında təxminən 100 modernləşdirilmiş B61 taktiki nüvə bombası (B61-12 versiyası) yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bildirilir ki, ABŞ Almaniya, Belçika, Hollandiya və İtaliyadakı aviabazalara 10-15 bomba yerləşdirib. Daha 20-30 bomba isə İtaliyadakı Aviano və Türkiyədəki İncirlik hava bazalarındadır.

2025-ci ilin noyabrında “The New York Times” qəzeti ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyinin (NNSA) rəhbəri Brandon Williamsın nüvə silahı agentliklərindən məxfi məlumatların sızmasına nəzarətin artırılmasını əmr etdiyini yazmışdı.