ABŞ bu məlumata görə 15 milyon dollar vəd edir

ABŞ İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli gəmilərin ələ keçirilməsinə səbəb olan məlumata görə 15 milyon dollara qədər mükafat vəd edir.

Axar.az xəbər verir ki, bu barədə fars dilində “Ədalət üçün Mükafatlar” X hesabı məlumat yayıb.

“ABŞ Dövlət Departamenti SEPAH tərəfindən həyata keçirilən neft satışında iştirak edən qurumların və ya şəxslərin müəyyənləşdirilməsinə səbəb olacaq məlumatlara görə 15 milyon dollara qədər mükafat təklif edir.

Əgər SEPAH-ın neft daşınması, tankerləri və ya bu cür qanunsuz fəaliyyətlərlə əlaqəli qurumları haqqında məlumatınız varsa, zəhmət olmasa, bizimlə əlaqə saxlayın. Məlumatlarınız sizi mükafat və ya köçürmə üçün uyğunlaşdıra bilər”, - məlumatda bildirilib.