ABŞ-da afroamerikalı öldürüldüyünə görə iğtişaşlar başlayıb
12:49 30.05.2020
Dünya
723
Cümə günü ABŞ-ın bir neçə şəhərində, o cümlədən Minneapolis, Sent-Pole, Atlanta, San-Xose, Hyustonda və paytaxt Vaşinqtonda etiraz aksiyaları keçirilib.
AZƏRTAC xəbər verir ki, nümayişlərə səbəb Minneapolisdə həbs edilmiş afroamerikalı Coprc Floydun zorakılıqla öldürülməsi olub. Polislər Floydu yerə yıxaraq qandallayıb və sonra da polislərdən biri onun üstündə oturaraq dizi ilə boynundan basıb. Bu zaman yoldan keçənlər hadisəni kameraya çəkiblər. Videogörüntülərdən Floydun əvvəlcə dəfələrlə nəfəs ala bilmədiyini söyləməsi və bir az keçməmiş onun huşunu itirməsi bəlli olub. Minneapolis polisi Floydun bundan sonra xəstəxanaya yerləşdirildiyini bildirib. Lakin o elə həmin gün xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Minneapolis şəhərində başlayan etiraz aksiyaları tezliklə polislə qarşıdurmaları, soyğunçuluq və əmlakın yandırılması ilə müşayiət olunub. Üç gün ərzində iğtişaşlarda iki yüzə yaxın bina talan edilib və yandırılıb. Cümə günü Minnesota ştatının qubernatoru Tim Uols Minneapolis və Sent-Pol şəhərlərində komendant saatı tətbiq edərək milli qvardiya dəstələrini həmin bölgəyə göndərib. Hadisə ilə bağlı Nyu-Yorkda baş verən ixtisaslarda polis işçilərinə butulkalar atılıb. Şəhər sakinlərinə müraciət edən Nyu-York meri Bill de Blazio epidemiyanın hələ də davam etdirdiyini xatırladaraq onları dinc etirazlara çağırıb. Atlantda avtomobili yandıran nümayişçilər bir neçə pəncərə qırıblar. Vaşinqtonda etirazçıların Ağ Evə yaxınlaşmağa cəhd göstərməsinə baxmayaraq, əraziyə girişin dərhal bağlanması buna mane olub. Nümayişçilər aksiyanı Konqresin binası qarşısında davam etdiriblər.
Minneapolis şəhərində iğtişaşların başlanmasından üç gün sonra, dizi ilə Floydunu boynundan sıxaraq öldürən 44 yaşlı ağ dərili zabit Derek Şovin nəhayət həbs olunub. Ona qarşı üçüncü dərəcəli qətl və qərəzsiz qətl ittihamları irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm