ABŞ-da bir ilk: Zohran Mamdani Qurana əl basaraq and içdi

ABŞ-ın Nyu-York şəhərində seçilmiş başçı Zohran Mamdani yeni ilin ilk saatlarında Qurani Kerim üzərinə and içərək vəzifəsinə başladı.

Sherg.az xəbər verir ki, bu, Nyu-York tarixində birinci dəfədir ki, bir müslüman başçı and içərkən Qurandan istifadə edir.

Mamdani and içmə mərasiminin birinci iki mərhələsində nənəsi və babasına məxsus Quranlardan istifadə etdi. Üçüncü mərasimdə isə 18-19-cu əsrə aid el yazması Quranı Kerimdən faydalanacağı bildirilib. And mərasimi, 1904-cü ildə açılan və 1945-ci ildə sərnişin daşımacılığına bağlanan Old City Hall metro stansiyasında keçirilib.

34 yaşlı Mamdani, Nyu-Yorkda ilk Müslüman bələdiyyə başçısı olaraq tarixə düşdü və vəzifəsinə rəsmi olaraq başlayacaq.