ABŞ-da küçələr qarışdı, Obama sükutunu pozdu!

ABŞ-ın Minneapolis şəhərində federal agentlər tərəfindən Aleks Prettinin öldürülməsindən sonra ölkədə etirazlar güclənib.

Sherg.az xəbər verir ki, sabiq prezident Barak Obama hadisəni “ürəkdağlayan faciə” adlandıraraq Tramp administrasiyasını böhranı qızışdırmaqda ittiham edib. Obama federal agentlərin “təzyiq, qorxutma və təxribat xarakterli” üsullarla hərəkət etdiyini bildirib və dinc etirazlara dəstək çağırışı edib. Tramp isə hadisənin özünümüdafiə olduğunu iddia edib.