Prezident Donald Trampın əmri ilə küçələrə yeridilən ordu etirazçıları ən sərt formada dağıtmağa çalışıb. Müxtəlif ştat və şəhərlərdə baş tutan aksiyalar zamanı market və ticarət obyektlərinin şüşələri sındırılıb, çoxsaylı oğurluq halları yaşanıb. Yəni Amerikada cərəyan edən proseslər dövlətin nəzarətindən çıxmaq üzrədir. Dünyanın super dövlətində baş verən etirazlara müxtəlif cür şərh edilir. Bir qisim ölkədə yaşananları irqi ayrıseçkilik kimi qələmə versə də, digərləri pərdəarxası siyasi məqamların olduğunu iddia edib. Maraqlı məqamlardan biri də odur ki, ABŞ-dan sonra İngiltərə və Belçikada da irqçiliyə qarşı etiraz aksiyaları başlayıb.
ABŞ-da qaradərililər bəhanə oldu
Turan
07:33 09.06.2020
Dünya
1042
Dünyada baş verənlər göründüyündən daha qəliz və daha qarışıqdır
Amerika Birləşmiş Ştatlarında qaradərili vətəndaş Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsi ilə başlayan etiraz aksiyaları səngimək bilmir. Günlərdir davam edən və kütləvi iğtişaşlara çevrilən etiraz aksiyalarında 10 mindən çox amerikalı həbs olunub, yüzlərlə insan xəsarət alıb və onlarla vətəndaş həyatını itirib.
Prezident Donald Trampın əmri ilə küçələrə yeridilən ordu etirazçıları ən sərt formada dağıtmağa çalışıb. Müxtəlif ştat və şəhərlərdə baş tutan aksiyalar zamanı market və ticarət obyektlərinin şüşələri sındırılıb, çoxsaylı oğurluq halları yaşanıb. Yəni Amerikada cərəyan edən proseslər dövlətin nəzarətindən çıxmaq üzrədir. Dünyanın super dövlətində baş verən etirazlara müxtəlif cür şərh edilir. Bir qisim ölkədə yaşananları irqi ayrıseçkilik kimi qələmə versə də, digərləri pərdəarxası siyasi məqamların olduğunu iddia edib. Maraqlı məqamlardan biri də odur ki, ABŞ-dan sonra İngiltərə və Belçikada da irqçiliyə qarşı etiraz aksiyaları başlayıb.
Dünya gündəmini zəbt edən məsələni “Şərq”ə şərh edən AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, son günlər dünyada baş verən hadisələrə heç də birmənalı qiymət vermək mümkün deyil. T.Abbaslının sözlərinə görə, məsələlər göründüyündən daha qəliz və daha qarışıqdır: “Onsuz da koronavirus infeksiyası çıxan gündən dünyanın tezliklə dəyişəcəyi, ən azından əvvəlki kimi olmayacağı fikri səslənirdi. Burada təbii ki, dünya siyasi güclərinin, iqtisadi güclərin, texnologiya nəhənglərinin, silah istehsalçılarının maraqları var. Demək olar ki, yaranmış vəziyyətdən hər kəs öz mənafelərini təmin etmək üçün istifadə edir. Bura Amerikadakı daxili çəkişməni də daxil etmək olar. Eyni zamanda dünyanın yeni güclər tərəfindən bölünməsi kimi də qiymətləndirmək olar. Bir sözlə, dünya yeni dönəmə keçid edir. Kimsəyə sirr deyil ki, belə anlar hər zaman ağrılı-acılı keçir. Ölkə və xalq olaraq çalışmalıyıq ki, belə qarışıq dönəmləri minimum itki ilə başa vuraq. Çünki dünyanın nəhəng güclərinin mübarizə apardığı bir zamanda Azərbaycan kimi kiçik ölkələrə qarşı təhlükə daha çox olur. Unutmamalıyıq ki, bizim yerləşdiyimiz geopolitik məkan hər zaman müxtəlif güclərin diqqət mərkəzində olub. Region uğrunda mübarizə həmişə şiddətli keçib”.
T.Abbaslı qeyd edib ki, bir neçə ay bundan öncə postpandemiya dönəmində dünyanın qarışacağı və stabilliyin itəcəyi ilə bağlı proqnozlar verilirdi:
“Amerikada bu prosesə bəhanə qaradərili vətəndaşın polis zorakılığı səbəbindən həlak olması oldu. Digər dövlətlərdə də başqa səbəblər ola bilər. Yəni kütləvi iğtişaşların yoluxucu olduğu və hər tərəfə yayıla biləcəyi heç kimdə şübhə doğurmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual