ABŞ-da vəziyyət gərgindir ! - “Təəssüf ki, Bayden qələbəyə daha çox yaxındır”
Fidan Həmişəyeva
11:17 05.11.2020
Dünya
820
ABŞ-da seçkinin nəticələri tam açıqlanmamış demokratların namizədi Co Bayden xalqa səslənib. Onun açıqlamasında bildirib:
“Donald Tramp seçki nəticələrini qəbul etmək istəmir. Ancaq ABŞ prezidentini xalq seçir. Bülletenlərin sayılması bitdikdən sonra qazanacağımıza əminəm. Viskonsini 20 min səslə qazandıq, Miçiqanda 35 min səslə öndəyik. Səslər get-gedə artır. Təxminən 3 milyona yaxın səs fərqi var.
Bu tarixdə görülməmiş bir fərq olacaq. Çətin zamandayıq. Bir ölkə olaraq bir olmağa məcburuq. Bir-birimizi eşidəcək və hörmət edəcəyik. Biz artıq rəqiblərimizə düşmən kimi baxmamalıyıq, düşmən deyilik. Seçkilərə demokratların namizədi olaraq qatıldım, amma Amerikanın prezidenti olacam. Mənə səs verənlərlə, səs verməyənlər arasında fərq olmayacaq.
Hər bir səs sayılmalıdır. Kimsə demokratiyamızı bizdən ala bilməz. Amerika bir çox şey gördü, xalq olaraq susdurulmayacağıq. Biz zorbalığa önəm verməyəcəyik. Bu təkbaşıma mənim yox, bütün Amerikanın zəfəri olacaq”.
Trampın seçkilərdə qalib gəlməsinin Azərbaycan üçün əlverişli olduğunu deyən politoloq Tofiq Abbasov “Sherg.az”a bildirib ki, o, erməni icmalarına yaxın deyil:
“Tramp bu yaxınlarda çıxışında bildirdi ki, ermənilərə ancaq humanitar zəmində kömək göstərmək lazımdır. Əslində Tramp qeyd etmişdi ki, ümumiyyətlə, münaqişə bölgəsində olan insanların hər birinə humanitar yardımlar etmək vacibdir. Ermənilər isə dərhal bu açıqlamanı öz xeyirlərinə yozdular. Tramp çox sağlam bir düşüncə və yanaşma ilə bəyan etdi ki, dinc insanlar Qarabağdakı proseslərdə inciyirlərsə, onlara dəstək göstərilməlidir. Demokratlara gəldikdə, Bayden tamamilə ermənilərin tərəfindədir. Bir neçə il bundan öncə ermənilərin qondarma rejiminin qəbul edilməsində canfəşanlıq göstərdilər. Bütün bunlar onu göstərir ki, Bayden belə etməklə ermənipərəst lobbilərdən maddi xeyir götürür”.
Analitikin fikrincə, hazırda ABŞ-dakı prezident seçkiləri ilə bağlı qarışıq bir durum yaranıb:
“Düzdür, seçki kampaniyaları çərçivəsində istənilən namizəd həmişə erməni icmasının da səslərindən istifadə etməyə çalışır. Bu, artıq normaya çevrilib. Lakin indi ABŞ-da vəziyyət gərgindir.
Əslində seçkinin ilk günündə səslərin faizi 50-50 idi. Lakin son məqamda demokratların şəxsi zəmində olan iddiaları və şüarları ortaya çıxdı, vəziyyət dəyişdi. Demokratlar səsi öz xeyirlərinə dəyişə bildilər.
Tramp isə səslərin düzgün sayılmaması haqqında məhkəmələrə müraciət edib. Həqiqətən Amerikada qeyri-müəyyən və gərgin vəziyyət yaranıb.
Düşünürəm ki, hər iki tərəf məhkəmlərdən istifadə edəcək. Yaxın günlərdə məsələ həllini tapmayacaq, əksinə bir az uzanacaq, tərəflər cığallıq edəcəklər. Təəssüf ki, Bayden qələbəyə daha çox yaxındır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
09:37 29.06.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:09 29.06.2026
İqtisadiyyat
Kiprda iki uşaq avtomobildə ölü tapıldı
08:28 29.06.2026
Dünya
Britninin oğulları podiumda!
07:27 29.06.2026
Şou
“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir
06:52 29.06.2026
Texnologiya
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
06:16 29.06.2026
Maraqlı