ABŞ-da yeni təhlükə: 55 növ virus yayıla bilər
07:27 15.04.2020
Dünya
631
ABŞ-da karantində olan Nyu-York və Los-Anceles kimi böyük şəhərlərə təkcə koronavirus deyil, kanalizasiya siçanları da təhlükə törədir.
Bunu gəmiricilər üzrə amerikalı mütəxəssis Bobbi Korriqan NBC telekanalına müsahibəsində deyib.
“Belə bir vəziyyətdə 55 fərqli virusa qarşı mübarizə aparmalı ola bilərik”, - deyə xəbərdarlıq edən mütəxəssis ac siçanların böyük şəhərləri bürüyəcəyi xəbərdarlığını edib.
Epidemiya səbəbindən böyük şəhərlərdə restoran və kafe kimi iaşə müəssisələri bağlandıqları üçün siçovullar ənənəvi yemlərindən məhrum olublar.
Korriqan bu hadisənin insanlıq tarixində gördüyümüz müharibələrə uyğun olduğunu qeyd edərək, siçovulların əvvəlcə zibil tullantılarının ən yaxşısını almaq üçün vuruşduğunu, qida qalmadıqda digər siçanların balalarını yeməyə başlayacaqlarını deyib.
O, ABŞ-ın Yeni Orlean şəhərində karantin tətbiqindən sonra küçələrdə yem axtaran siçanların göründüyünü və bu cür videoların sosial mediada ötən aydan başlayaraq yayıldığını xatırladıb.
Sözügedən xəbərdarlıqların yalnız ABŞ üçün keçərli olmadığını vurğulayan mütəxəssis bənzər hadisənin Tailandın paytaxtı Banqkokda da yaşandığını vurğulayıb. O, siçanlar kimi digər canlıların da yemək axtarmaq üçün şəhərin küçələrinə yayıldığını söyləyib.
“Bu siçanlar mənzilimizə gəlsə, 55 fərqli virusla mübarizə aparmalı olacağıq”, - deyərək, Korriqan siçanların hətta bir santimetrlik çuxurlardan belə keçməyə qadir olduqlarını nəzərə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya