ABŞ-dan İrandakı etirazçılara: Dünya sizi eşidir!

İranda internetin kəsilməsi belə etirazçıların səsini kəsə bilməyəcək.

Axar.az xəbər verir ki, bu haqda Dövlət Departamentinin sosial media hesabındakı paylaşımında yazılıb.

"İslam Respublikası rejimi İran xalqının səsini susdurmaq üçün interneti tamamilə kəsdi, ancaq iradə şəbəkə bağlantısı kimi susdurula bilməz. İran xalqı, dünya hələ də sizi eşidir və görür", - Departamentdən bildirilib.