ABŞ-nin Pensilvaniya ştatında polis reydi zamanı Conatan Gerlax məxsus evin zirzəmisindən 100-dən artıq insan kəlləsi, müxtəlif sümüklər, mumiyalanmış ayaqlar və çürümüş insan qalıqları aşkarlanıb.
Sherg.az xəbər verir ki, Prokurorluq bunun illər boyu davam edən, təşkilatlanmış məzarlıq talanı nəticəsi olduğunu bildirib.
Qalıqların bir hissəsinin yüzlərlə il əvvələ, bəzilərinin isə yaxın dövrə aid olduğu, hətta ürək stimulyatoru olan cəsədin tapıldığı qeyd olunub. Şübhəli şəxs məzarlıqdan çıxarkən saxlanılıb.
Conatan Gerlax barəsində 300-dən çox maddə üzrə ittiham irəli sürülüb və 1 milyon dollar girovla həbsdə saxlanılır. Hadisə ictimaiyyətdə böyük şok yaradıb.