ABŞ-də Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib - KİV

  • 82 yaşlı kişi Florida ştatındakı qocalar evlərindən birində saxlanılıb

ABŞ-nin Florida ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Markl-kiçiki uşaq pornoqrafiyasının saxlanılması ilə bağlı iş çərçivəsində həbs ediblər.

Sherg.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, 82 yaşlı kişi ştatdakı qocalar evlərindən birində saxlanılıb.

“Sun” qəzeti oktyabrın sonunda Meqan Marklın atasının Filippindəki evində uşaq pornoqrafiyası saxlaması ilə bağlı istintaqa cəlb edildiyini yazıb. Nəşrin məlumatına görə, Marklın oğlu ABŞ-nin hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Həmin vaxt Amerika rəsmiləri məsələ ilə bağlı öz araşdırmalarına başlamağa hazırlaşırdılar.

Baş verənlərdən xəbər tutan Meqan Markl dərin sarsıntı keçirdiyini bildirib. O əlavə edib ki, 2018-ci ildə atasının törətdiyi cinayətlər barədə məlumat əldə etdikdən sonra onunla bütün əlaqələrini kəsib.