ABŞ-də Sərhəd Patrul Xidmətinin əməkdaşı silahlı şəxsi güllələdi

Minnesota ştatında Sərhəd Patrulunun agenti silahlı bir kişiyə qarşı odlu silahdan istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Hücuma məruz qalan şəxsin son durumu ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Minnesota qubernatoru Tim Valz Minnesota ştatında federal agentlər tərəfindən törədilən "dəhşətli atışma" ilə bağlı prezident administrasiyası ilə danışdığını açıqlayıbı. O, "X" sosial media platformasında prezident Trampdan əməliyyata son qoymasını və "minlərlə təlim keçməmiş və qəddar agenti" ştatdan çıxarmasını tələb edib.

Minneapolisdə gərginlik 7 yanvarda qanunsuz immiqrantların müəyyən edilməsi əməliyyatı zamanı baş verən atışmadan sonra daha da artıb. İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları bir qadının saxlanıldıqdan sonra avtomobilindən düşməsini tələb ediblər. Avtomobil hərəkət etdikdən sonra zabitlərdən biri atəş açıb. Qadını xilas etmək mümkün olmayıb.