ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb - YENİLƏNİB
Yusif Nəzərli
06:08 19.01.2025
Dünya
403
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb.
“Report” xəbər verir ki, ABŞ-də mobil tətbiqə daxil olmaq istəyənlər müvafiq bildirişlə qarşılaşırlar: “ABŞ-da “TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz, “TikTok”dan istifadə edə bilməzsiniz”.
Xidmət “App Store”da axtarış nəticələrində görünmür, “Google Play”də isə sosial şəbəkəni yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-da qadağa ilə üzləşən “TikTok” sosial şəbəkəsini amerikalı istifadəçilər üçün qoruyub saxlamağa çalışacağını istisna etməyib.
04:14
Prezident Cozef Bayden Administrasiyasının qüvvəyə minən qadağası səbəbindən “TikTok” yanvarın 19-da ABŞ-də fəaliyyətini dayandırır.
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-də 170 milyona yaxın istifadəçisi olan xidmət bu həftə Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağını bildirib, çünki hazırkı hakimiyyətdən fəaliyyətinin davam etdirilməsinin ona və tərəfdaşlarına cərimələrə səbəb olmayacağına dair heç bir zəmanət almayıb.
Bazar günü “TikTok” istifadəçilərinin xidmətə girişinin kəsiləcəyi və mobil tətbiqin “Apple” və “Google”dan silinəcəyi gözlənilir, çünki Amerika qanunlarına görə Ədliyyə Nazirliyi onlardan, eləcə də hostinq provayderlərindən bir istifadəçi üçün 5 min dollara qədər cərimə toplamaq hüququna sahib olacaq.
Eyni zamanda, qadağa və cərimələr istifadəçilərin özlərinə şamil olunmur. CNN telekanalı qeyd edib ki, amerikalılara VPN xidmətlərindən istifadə edərək tətbiqə girişi saxlamaq imkanı verilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm