ABŞ-dən tələb: Rusiya, Çin, İranın rəsmi müşavirləri Venesueladan çıxarılsın!

"New York Times" yazır ki, ABŞ Venesuelanın keçici hökumətindən Rusiyadan, Çin, İran və Kubadan olan rəsmi müşavirlərin ölkədən çıxarılmasını tələb edir. Eyni zamanda bəzi diplomatik nümayəndələrin qalmasına icazə veriləcəyi bildirilir.

Sherg.az xəbər verir ki, həftəsonu Karakasda partlayışlar baş verib, ABŞ Prezidenti bildirib ki, Maduro və həyat yoldaşı ölkədən çıxarılıb və Venesuela prezidenti tezliklə məhkəməyə çıxarılacaq. Keçici dövlət başçısı olaraq vitse-prezident Delsi Rodriqes təyin edilib. Venesuela ABŞ-ın hücumunu ölkənin neft və mineral resursları üzərində nəzarət məqsədi ilə həyata keçirilmiş sayır və BMT Təhlükəsizlik Şurasından təcili iclas çağırıb.