ABŞ əlini çəkdi: 14 milyon insanın həyatı təhlükədədir
Yusif Nəzərli
07:43 10.05.2025
Dünya
370
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv edilməsi 2030-cu ilə qədər 14 milyon insanın həyatına son qoya bilər.
Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, fonların kəsilməsi davam edərsə və USAID ləğv olunarsa, dünya üzrə 14 milyon insanın (onlardan 4,5 milyonu beş yaşdan aşağı uşaqlardır) öləcəyi proqnozlaşdırılır.
Braziliya, Mozambik, ABŞ və İspaniyadan tədqiqatçıların iştirak etdiyi və yaxın vaxtlarda dərc olunan ISGlobal araşdırmasına görə, bu insanlar QİÇS, vərəm, malyariya, ishal, tənəffüs yolları infeksiyaları və ya qidalanma çatışmazlığı səbəbilə həyatını itirəcək.
QARŞISI ALINA BİLƏN ÖLÜMLƏR ARTIR
Bu ölümlərin əksəriyyəti qarşısı alına bilən hallardır və yoxsulluq, qeyri-kafi gigiyena, sanitariya və əsas səhiyyə xidmətlərinə çıxışın olmaması ilə əlaqəlidir.
Araşdırmanın baş müəllifi Davide Rasella bildirib:
“Bu kəsintilər, xüsusilə də qəfil olduğu üçün, həssas əhalinin sağlamlığına daimi zərər vuracaq. Sistem müəyyən qədər maliyyə çatışmazlığına uyğunlaşa bilər, lakin bu qədər sərt və qəfil maliyyə itkisi ilə başa çıxmaq gücünə malik olmayan insanlara qarşı tətbiq olunması qəbuledilməzdir.”
BÜTÜN DÜNYAYA TƏSİR EDƏN QƏRAR
Araşdırmaya görə, ABŞ-ın maliyyə dəstəyini dayandırması bir çox dəhşətli nəticələrə səbəb olub.
Məsələn, 31 ölkədə vərəmə nəzarət təşkilatlarının 25%-i fəaliyyətini dayandırıb. BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) Cənubi Afrikadakı Yohannesburq ofisini bağlamaq qərarına gəlib. Böyük bir quraqlıq fonunda 27 milyon insan ifrat aclıq təhlükəsi ilə üzləşib və malyariya ilə mübarizə proqramlarının dayandırılması nəticəsində əlavə 15 milyon yoluxma və 107 min yeni ölüm riski yaranıb.
Bu maliyyə kəsintiləri milyonlarla qarşısı alına bilən ölümə səbəb olmaqla yanaşı, “aşağı və orta gəlirli ölkələrdə səhiyyə və sosial-iqtisadi inkişaf sahəsində on illərlə əldə olunmuş nailiyyətlərin geriyə dönməsi riskini də daşıyır.”
Yanvar ayının sonunda Donald Tramp inkişaf yardımı fondlarını 90 günlük müddətə dondurma qərarı vermişdi.
ABŞ Dövlət katibi Marko Rubionun sözlərinə görə, hazırda USAID tərəfindən koordinasiya olunan proqramların 83%-i ləğv edilib, lakin bu qərara qarşı məhkəmədə etiraz edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm