ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar təkcə Tehranın hərbi gücünü deyil, həm də Çinin Yaxın Şərqdə qurmağa çalışdığı strateji balansı sarsıdıb.
Sherg.az xəbər verir ki, analitiklərə görə, İranın zəifləməsi Pekinin regionla bağlı uzunmüddətli hesablarını çətin vəziyyətə salıb.
Mütəxəssislər bildirirlər ki, Çin İranı ABŞ-ni bölgədə məşğul saxlayan tərəfdaş, mühüm enerji mənbəyi və Qərb təsirinə qarşı geosiyasi balans elementi kimi görürdü. Lakin son əməliyyat İranın hərbi və idarəetmə infrastrukturunun qısa müddətdə ciddi zərbə alması ilə bu strategiyanı sual altına qoyub.
Digər tərəfdən, Çin İran neftinin ən böyük alıcısıdır və ölkənin enerji idxalının böyük hissəsi Hörmüz boğazından keçir. Buna görə də bölgədə gərginliyin artması Pekin üçün enerji təhlükəsizliyi baxımından əlavə risk yaradır.
Ekspertlərin fikrincə, Pekinin hadisələrə ehtiyatlı və nisbətən səssiz reaksiya verməsi Çin rəhbərliyinin yeni geosiyasi vəziyyəti yenidən qiymətləndirməyə çalışdığını göstərir.