ABŞ hərbçilərinin İraqdan tam çıxarılması qrafiki iyunda müzakirə ediləcək
18:19 26.04.2020
Dünya
542
Bağdad və Vaşinqton bu ilin iyun ayında ABŞ hərbçilərinin bu ölkədən tam çıxarılması qrafikini müzakirə edəcəklər.
AZƏRTAC Bagdad Al Yaum portalına istinadla xəbər verir ki, bu barədə İraq ordusunun baş komandanının rəsmi nümayəndəsi general Əbdül Kərim Xələf məlumat verib.
“Bağdad və Vaşinqton iyun ayında baş tutacaq danışıqlarda ABŞ hərbçilərinin İraqdan tam çıxarılması qrafikini müzakirə edəcək”, – deyə general bildirib. Onun sözlərinə görə, ABŞ qoşunları İraqı tərk etdikdən sonra da Birləşmiş Ştatlarla təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlıq dayandırılmayacaq. Amerikalı mütəxəssislər yerli hərbçilərin hazırlığında iştirak edəcəklər.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın Bağdad aeroportu rayonuna endirdiyi raket zərbəsi nəticəsində İran ordusunun İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani öldürülmüşdü. Tehran buna cavab olaraq yanvarın 8-də İraqda amerikalı hərbçilərin istifadə etdiyi iki obyektə - Ayn-əl-Əsəd hərbi bazasına və Ərbil şəhərinin hava limanına raket zərbələri endirmişdi.
Dekabrın 29-dan İraqdakı şiə qruplaşmalarını atəşə tutan ABŞ-ın fəaliyyəti yerli hakimiyyətin sərt tənqidinə məruz qalıb. Yanvarın 5-də İraq parlamenti bütün xarici qoşunların ölkə ərazisindən çıxarılması tələbi ilə qətnamə qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə