ABŞ-ın 5 milyon dollar mükafat təyin etdiyi “Əş-Şabab” qruplaşmasının üzvü Abdullahi Osman Məhəmməd Somalidə öldürülüb.
Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Somali kəşfiyyatı açıqlama yayıb.
Açıqlamada daha çox “Mühəndis İsmayıl” adı ilə tanınan terrorçunun xüsusi əməliyyatda zərərsizləşdirildiyi vurğulanıb.