ABŞ-ın İranı vurması üçün bəhanəsi çoxdur
Turan
07:45 19.05.2020
Dünya
873
Venesuelaya göndərilən tankerlər növbəti ciddi bəhanə ola bilər
İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii ABŞ-ı Venesuelaya yanacaq tədarük edən İran tankerlərinə qarşı provokasiyadan yayınmağa çağırıb. Rabii Tehranın təhdidlərə fərqli cavab variantlarının olduğunu bildirib: “Tankerlərin göndərilməsi Venesuela hökumətinin sorğusu əsasında gerçəkləşdirilir. Hələlik cavab haqqında danışmaq tezdir, amma bizim bütün variantlarımız masadadır. Ümid edirəm ki, amerikalılar səhvdən qaça biləcək”. Məlumat üçün bildirək ki, Vaşinqton Venesuelaya neft tədarük edən İrana qarşı tədbir görəcəyini açıqlamışdı. Bundan bir müddət sonra Venesuela hökuməti ABŞ tərəfindən ölkəyə neft daşıyan gəmilərə hücum edildiyini bildirib. Xarici işlər naziri Xorxe Arreaza deyib ki, epidemiyanın ortasında Vaşinqton benzin gətirən gəmilərə təcavüz edir: “Bu, beynəlxalq qanunların və venesuelalıların fundamental hüquqlarının pozulmasıdır”. İran Venesuelaya 5 neft tankeri yola salıb. Venesuela hökumətinin bu neftin müqabilində İrana tonlarla qızıl verdiyi iddia edilir.
İttihamları “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, ABŞ-ın İranı vurması üçün bəhanəsi çoxdur. Analitikin fikrincə, Venesuelaya göndərilən tankerlər növbəti ciddi bəhanə ola bilər:
“İran tankerlərinin Venesuelaya çatmamaq ehtimalı var. Çünki tankerlərə istənilən formada müdaxilə mümkündür. Gəmilər yolda müsadirə edilə, hətta vurula bilər. Yəni variantlar çoxdur. Lakin gəmilərə zərər verilsə belə ciddi Amerika-İran qarşıdurması gözlənilmir. Dünya okeanında Venesuelaya gedən İran tankerlərinin vurulması böyük müharibənin olacağı anlamına gəlmir. İran o gücdə və vəziyyətdə deyil ki, Amerika ilə bir-iki gəmiyə görə müharibə etsin. İraqda İranın ən mühüm generalını vurdular. Ancaq Tehran Vaşinqtona qarşı adekvat addım atmadı. Sadəcə, quru təhdidlərlə kifayətləndi. İran ancaq bir halda Amerika ilə açıq müharibəyə gedər. Əgər ölkə ərazisi amerikalılar tərəfindən işğala məruz qalarsa, tərəflərin savaş ehtimalı yüksəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm