ABŞ-ın Ukrayna üçün zəmanəti həlledicidir - KİV

ABŞ hesab edir ki, Ukrayna üçün Vaşinqton tərəfindən verilə biləcək təhlükəsizlik zəmanətləri Avropadan olan “İstəklilər koalisiyası”nın səylərindən daha əhəmiyyətlidir.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri Tramp administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

“İstəklilər koalisiyası”nın səyləri müsbətdir. Onların bir neçə helikopteri, bir neçə əsgəri və müəyyən zəmanətləri var. Lakin ukraynalılarla danışsanız, əslində həlledici olanın Amerika təhlükəsizlik zəmanətləri olduğunu görərsiniz”, - mənbə bildirib.