Milli Kəşfiyyat Akademiyasının təşkil etdiyi Beynəlxalq Kəşfiyyat Araşdırmaları Konqresində təqdim olunan məruzə maraqlı faktı üzə çıxarıb. Yüksək məxfilik dərəcəli CIA sənədlərinə əsasən, ABŞ Kiprin bölünməsi planını hələ 1964-cü ildə hazırlayıb.
Sherg.az xəbər verir ki, araşdırmada CIA-nın 1964-cü ildə müəyyən etdiyi sərhədlərlə Türkiyənin 1974-cü ildə müəyyən etdiyi sərhədlər müqayisə edilib və hər iki halda sərhədlərin müəyyənləşdirilmə üsulunun eyni olduğu bildirilib. Məruzədə bölünmənin Türkiyə, Yunanıstan, Kipr türkləri və rumları baxımından mənası da təhlil olunub.
Bundan əlavə, CIA-nın strateji kəşfiyyat sənədlərinin ilk dəfə elmi şəkildə qiymətləndirildiyi vurğulanıb. Hesabatda cəmiyyətdəki bölünmənin coğrafi parçalanmaya gətirib çıxardığı, əhalinin ayrılmasının sosial-iqtisadi, adanın bölünməsinin isə siyasi dəyərinin olduğu qeyd edilib.