ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Kuba üzərində nəzarət qurmağı planlaşdıra biləcəyini bildirib.
APA xəbər verir ki, O, bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
“ Kuba hökuməti bizimlə danışır. Onların böyük problemləri var, pulları yoxdur, hazırda heç nələri yoxdur. Amma onlar bizimlə danışıqlar aparırlar və ola bilsin ki, biz dostcasına Kuba üzərində nəzarət quracağıq”, – deyə ABŞ lideri bildirib.