ABŞ mediasından iddia: “HƏMAS silahları yerə qoymağa hazırdır”

ABŞ-nin "Axios" nəşrinin məlumatına görə, Qəzza Sülh Planının ikinci mərhələsinə keçiddən sonra amerikalı rəsmilər HƏMAS-ın silahları təhvil verməyə hazır olduğunu bildirib.

Sherg.az xəbər verir ki, rəsmilər bu istiqamətdə plan hazırlandıqlarını və Prezident Donald Trampın prosesin reallaşmasını istədiyini qeyd ediblər.

ABŞ və digər vasitəçilərin HƏMAS-la silahsızlanma mövzusunda son günlər təmasda olduğu vurğulanır. Bildirilir ki, HƏMAS bu məsələdə müsbət siqnallar verir, lakin proses real olmalıdır.

Eyni zamanda Tramp administrasiyası Türkiyənin Qəzza prosesində rol almasını istəyir və HƏMAS üzərində təsirli olduğunu düşünür. ABŞ, həmçinin Türkiyə–İsrail münasibətlərinin bərpası üçün çalışacağını açıqlayıb.