ABŞ mətbuatı Trampın Qrenlandiya planını sızdırdı

ABŞ mətbuatı Prezident Donald Trampın Qrenlandiyanı satın almağı planlaşdırdığını yazıb. Wall Street Journal qəzetinin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio Konqres üzvlərinə bildirib ki, Tramp administrasiyasının məqsədi Qrenlandiyanı işğal etmək deyil, Danimarkadan almaqdır.

Sherg.az xəbər verir ki, bununla yanaşı, Ağ Ev Qrenlandiyaya sahib olmaq üçün ABŞ ordusundan istifadə də daxil olmaqla bütün variantların masada olduğunu açıqlayıb. Tramp Qrenlandiyanın milli təhlükəsizlik baxımından, xüsusilə Rusiya və Çinə qarşı strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Qrenlandiya rəhbərliyi isə adanın satılmayacağını bildirərək bu cür planları rədd edib.