ABŞ-ın müdafiə naziri Pit Heqset və komandası Veteranlar Günü mərasimindən sonra Arlinqton Milli Qəbiristanlığında səssizliyə riayət etmələri barədə xəbərdarlıq alıblar.
Sherg.az xəbər verir ki, Heqset həyat yoldaşı və müşavirləri ilə birlikdə Naməlum Əsgər Məzarının qarşısında xatirə fotosu çəkdirib. Qrup foto çəkilişini başa çatdırarkən yüksək səslə gülüş eşidilib. Bundan sonra məzarı qoruyan növbətçi əsgər ziyarətçilərə səssizliyi və hörmət mühitini qorumağın vacibliyini xatırladıb.
Pentaqonun sözçüsü Şon Parnell hadisə ilə bağlı bildirib ki, əsgər hər kəsə müvafiq davranış qaydalarına əməl etməli olduqlarını düzgün və hörmətli şəkildə xatırladıb.
Qeyd edək ki, hadisə Heqsetin Konqresdə vəzifəsindən kənarlaşdırılması ilə bağlı təşəbbüsün nəticəsiz qalmasından bir gün sonra baş verib.