ABŞ Nigeriyaya silah və müdafiə avadanlığı tədarük edəcək

ABŞ Nigeriyaya müdafiə təyinatlı hərbi avadanlıqların tədarükünü üzərinə götürüb.

Milli.Az-ın məlumatına görə, bu barədə Nigeriyanın İnformasiya və Milli Siyasət Nazirliyi açıqlama verib.

Bildirilir ki, Vaşinqton təkcə yeni avadanlıqların deyil, son beş ildə Nigeriyanın sifariş etdiyi pilotsuz uçuş aparatları, helikopterlər, ehtiyat hissələri və dəstək sistemlərinin də çatdırılmasını təmin edəcək. Açıqlama ABŞ nümayəndə heyəti ilə Nigeriyanın milli təhlükəsizlik üzrə müşaviri Nuhu Ribadu arasında Abujada keçirilən görüşdən sonra yayılıb.