ABŞ-nin neft şirkətləri Venesueladakı Çin enerji şirkətlərinin aktivlərini ələ keçirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Universitetinin Latın Amerikası Araşdırmaları Mərkəzinin direktoru Sui Şoucjun “Guancha” nəşrinə açıqlamasında bildirib.
Ekspert deyib ki, ABŞ gələcəkdə keçid hökumətini dəstəkləyə bilər:
“Bu hökumət hakimiyyətə gəldikdən sonra Nikolas Maduro hökuməti tərəfindən bağlanmış bəzi sazişləri qanunsuz hesab edəcək, Venesuelanın Çinə olan borclarını da qeyri-qanuni elan edəcək və onları ödəməkdən imtina edəcək. Belə halda isə ABŞ-nin neft şirkətləri təkrar tender vasitəsilə ölkədəki Çin aktivlərini nəzarətlərinə keçirəcəklər".
Qeyd edək ki, Böyük Britaniyanın "Shell" və BP şirkətləri Venesuelada aparılan əməliyyatdan sonra bu ölkədəki fəaliyyətlərini bərpa edəcəklərinə dair məlumatlar yayılıb.