ABŞ Hərbi Hava Qüvvələrinə məxsus xüsusi missiyalı təyyarə Böyük Britaniya sahillərinə yaxınlaşarkən qəza siqnalı verib.
Teleqraf xəbər verir ki, bu barədə "North Norfolk News" məlumat yayıb.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 07:21-də RAF Mildenhall aviabazasından havaya qalxaraq Şimal dənizi üzərindən Norveç istiqamətində hərəkət edib.
Məlumata görə, Skandinaviya hava məkanında təxminən 1,5 saat uçuşdan sonra təyyarə geri dönmək qərarı verib. Böyük Britaniya sahillərinə yaxın ərazidə heyət göyərtədə fövqəladə vəziyyətlə bağlı 7700 kodlu siqnal ötürüb.
Qeyd edilib ki, sözügedən təyyarə xüsusi avadanlıqlarla təchiz olunub və nüvə silahı sınaqları nəticəsində yaranan radioaktiv çirklənməni aşkar etmək üçün istifadə olunur.