ABŞ Prezidenti Tramp Əhməd Şara ilə telefonla danışdı

ABŞ Prezidenti Donald Tramp Suriyanın Prezidenti Əhməd Şara ilə telefon danışığı aparıb. Görüş zamanı tərəflər Suriyada sabitliyin təmin olunmasına yönələn bütün səylərin dəstəklənməsinin vacibliyini vurğulayıb və İŞİD terror qruplaşmasına qarşı mübarizədə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Sherg.az xəbər verir ki, danışıqlarda Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının əhəmiyyəti qeyd olunub, həmçinin Suriya dövləti çərçivəsində kürd xalqının hüquqlarının təmin edilməsinin zəruriliyi təsdiqlənib.

Tərəflər regiondakı çağırışlara cavab verə biləcək güclü və vahid Suriya vizyonuna sahib olduqlarını bildiriblər və Suriyanın daha yaxşı gələcəyə doğru irəliləməsi üçün yeni imkanların yaradılmasının vacibliyini vurğulayıblar.