ABŞ Rusiyanın prezidenti Vladimir Putinin iqamətgahına Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) guya hücumu ilə bağlı mövcud kəşfiyyat məlumatlarını hərtərəfli araşdırmaq niyyətindədir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker Fox Business telekanalına müsahibəsində deyib.
“Biz kəşfiyyat məlumatlarını araşdıraraq məsələnin mahiyyətinə varacağıq”, - diplomat vurğulayıb.
Uitaker əlavə edib ki, Kiyevin belə bir hücumu baş vermiş olsaydı, bu, “son dərəcə məsuliyyətsiz addım” olardı və Ukraynada sülhə nail olunmasına açıq şəkildə zərər verərdi.