ABŞ Qeşm adasına zərbələr endirib

ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən İranın Qeşm adasına raket zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilir ki, adada azı dörd partlayış baş verib, bir neçə obyekt hədəfə alınıb.

Partlayışların Hörmüz boğazı ərazisində İran qüvvələrinin fəaliyyəti ilə əlaqəli ola biləcəyi istisna edilmir.

Qeyd edək ki, noyabrın 7-də də ABŞ Silahlı Qüvvələri Qeşm adasında İran ordusuna məxsus zenit qurğusuna zərbə endirib.

Bundan bir gün əvvəl “Fox News” telekanalı mənbələrinə istinadən ABŞ-nin noyabrın 9-da, Yaxın Şərqdə İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyini xəbər verib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə ABŞ rəhbərliyinin İslam Respublikası ilə münaqişəni davam etdirmək qərarına gələcəyi təqdirdə Vaşinqtonu “cəhənnəmə çevirməklə” hədələyib.