ABŞ-Rusiya anlaşması: "Dünya təhlükədən sığortalandı” – “Buz”lar əriyir?
Fidan Həmişəyeva
11:43 29.01.2021
Dünya
851
“Yumşalmanın müvəqqəti ola biləcəyi daha inandırıcıdır”
“Bu ölkələr arasında gərginliyin artması üçün kifayət qədər ciddi səbəblər var”
“Məsələn, Rusiyanın Qərb sərhədləri tamamilə NATO bazaları ilə mühasirəyə alınıb”
“Gərginlik zolağının Cənubi Qafqaz regionuna qədər uzana biləcəyi də qətiyyən istisna deyil”
ABŞ və Rusiya prezidentləri Strateji hücum silahlarının məhdudlaşdırılması razılaşmasının (SHS3) uzadılması ilə bağlı qərar veriblər. Avropa İnstitutunun Alman Tədqiqatlar Mərkəzinin direktor müavini Vladislav Belov bildirib ki, SHS3-nın uzadılması Rusiya ilə NATO arasında dialoq, həm də Avropa Birliyi ölkələri ilə ikitərəfli əlaqələr üçün müsbət rol oynayacaq:
“Avropa bu faktı müsbət qiymətləndirir və bu, ilk növbədə AB ilə münasibətlərdəki gərginliyi bir az azaldı. Bu, təhlükəsizlik sahəsindəki əlaqələrimiz üçün də mühüm addımdır”.
Siyasi analitik Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, ABŞ və Rusiya prezidentləri arasındakı son anlaşma yalnız iki dövlət deyil, ümumiyyətlə, bütün dünya üçün böyük önəm daşıyır:
“Çünki Co Bayden və Vladimir Putin Strateji Hücum Silahlarının məhdudlaşdırılması barədə qərar verməklə dünyanı olduqca ciddi təhlükədən sığortalamış oldular.
Xatırladım ki, bu barədə müqavilə uzun müddətdən bəri mövcud idi. Ancaq Tramp administrasiyası dönəmində ABŞ bu anlaşmanı uzatmaqdan imtina etmişdi. Co Bayden isə Tramp administrasiyası dövründə atılan bir çox addımların əksinə siyasi kurs yürüdəcəyini büruzə verir.
Hər halda, prezidentliyinin ilk günlərində bu barədə vədlərinə sadiq qaldığını nümayiş etdirir.
Əlbəttə, SHS ilə bağlı anlaşmanın uzadılması Rusiya və ABŞ arasındakı gərginliyi nisbətən azalda bilər. Ancaq bu yumşalmanın müvəqqəti ola biləcəyi daha inandırıcıdır. Çünki bu iki supergüc arasında kifayət qədər ciddi problemlər mövcuddur. Üstəlik, ABŞ-da demokratların hakimiyyətdə olduğu dönəmlərdə həmin problemlər daha qabarıq şəkildə özünü göstərir. Böyük ehtimalla Co Bayden dönəmi də istisna olmayacaq. Elə Baydenin özünün Rusiya ilə bağlı şəxsi mövqeyi də gələcəkdə ortaya çıxa biləcək yeni ziddiyyətlər üçün qaynaq rolunu oynaya bilər”.
Analitik qeyd edək ki, Rusiyanın Bayden administrasiyası ilə qarşıdurması artıq başlayıb:
“Hər halda, Navalnı qalmaqalı zamanı bu açıq şəkildə nəzərə çarpdı. Kreml bloqerin müdafiəsi üçün küçəyə çıxan nümayişçilərin iğtişaşlar törətməsini Ağ Evin "sehirli barmağına" bağladı.
Kreml rəsmi açıqlama ilə ABŞ-dan Rusiyanın daxili işlərinə qarışmamağı tələb etdi. Yəni Bayden administrasiyası yeni gəlsə də, ABŞ-Rusiya qarşıdurmasında ilk toqquşma artıq baş verib.
ABŞ və Rusiya arasında gərginliyin artması üçün kifayət qədər ciddi səbəblər var. Məsələn, Rusiyanın Qərb sərhədləri tamamilə NATO bazaları ilə mühasirəyə alınıb. İndi bu proses Qara dəniz bölgəsində reallaşdırılmaqdadır. Gərginlik zolağının Cənubi Qafqaz regionuna qədər uzana biləcəyi də qətiyyən istisna deyil.
Bu sıraya ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı olan çeşidli ziddiyyətləri, Kremlin bəzi enerji resursları layihələrinin Ağ Ev tərəfindən bloklandığını və s. problemləri də əlavə etdikdə qarşıdurmanın dərinləşə biləcəyini ehtimal etmək daha məntiqli görünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat