ABŞ-Rusiya rəqabəti yeni mərhələyə keçdi: 3 hədəf nöqtəsi

Son illərdə ABŞ-Rusiya rəqabəti Ukrayna cəbhəsindən şimala doğru genişlənib. Ekspertlərə görə, üç əsas strateji nöqtə bölgədə üstünlük üçün həlledici rol oynayır: Qrenlandiya, GIUK keçidi və Arktik Okeanı.

Sherg.az xəbər verir ki, Qrenlandiya ABŞ üçün həm strateji baza, həm də Atlantik və Arktik arasında nəzarət mərkəzidir. GIUK keçidi Rusiyanın Atlantikə çıxış yolunu təşkil edir, Arktik Okeanı isə buzların əriməsi ilə yeni nəqliyyat və enerji imkanları yaradır.

Rusiyanın 8 nükleer və 11 buzqıran gəmisi bölgədə üstünlük təmin edir. ABŞ isə NATO və Norveç vasitəsilə balansı qorumağa çalışır. Ekspertlər bildirir ki, bu durum “köhnə nizamın sona çatdığını və yeni nizamın hələ formalaşmadığını” göstərir.