ABŞ səfiri mübahisəli açıqlama verdi: Misir çayından Fərata qədər...

ABŞ-nin İsraildəki səfiri Mike Huckabee müqəddəs mətnlərə istinadla verdiyi açıqlama ilə gündəm yaradıb. O, “Misir çayından Fərat çayına qədər” uzanan torpaqların yəhudilərə vəd edildiyini müdafiə edərək, “Hamısını alsalar da problem olmazdı” ifadəsini işlədib.

Sherg.az xəbər verir ki, açıqlama jurnalist Tucker Carlson ilə podkast müzakirəsi zamanı səsləndirilib. Huckabee sonradan İsrailin belə bir rəsmi ərazi tələbi olmadığını da qeyd edib.

Ekspertlər bildirirlər ki, bu ifadə müasir coğrafiyada İsrail, Livan, Suriya, İraq, İordaniya və Türkiyənin bir hissəsini əhatə edə biləcək geniş bir ərazi kimi şərh oluna bilər.

Açıqlama ABŞ diplomatiyasında və region ölkələrində müzakirələrə səbəb olub.