ABŞ tərəfləri sülhə məcbur etmək üçün “soyuq uzaqlaşma” taktikası seçdi - EKSPERT
Yusif Nəzərli
07:51 03.05.2025
Dünya
472
Asif Nərimanlı: “ABŞ-nin vasitəçilikdən imtinası Rusiya üçün qələbə imkanı, Ukrayna üçün riskdir”
ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamamaq qərarına gəlib. Ağ Ev hesab edir ki, Moskva və Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb. Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib ki, Vaşinqtonda problemə yanaşma tərzləri və metodologiya dəyişir:
"Biz vasitəçi olmayacağıq, mötədil görüşlərə görə dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır". Departamentin sözçüsü bildirib ki, ABŞ sülhün əldə olunmasına kömək etmək üçün əlindən gələn hər şeyi edəcək, lakin münaqişənin nəticəsi, onların fikrincə, indi Ukrayna və Rusiyadan konkret ideyaların işlənib hazırlanmasını tələb edir: “Dünyanın başqa hissələri, bütün yer kürəsi var. Onlar da bizim diqqətimizi tələb edir”. Bryus, həmçinin ABŞ-nin Rusiyaya qarşı hazırda mövcud olan sanksiyaları ləğv etməyəcəyini də vurğulayıb. ABŞ vitse-prezidenti Ceyms Devid Vens də deyib ki, Ukraynadakı müharibə tezliklə başa çatmayacaq. Onun sözlərinə görə, Tramp administrasiyası Rusiya və Ukraynaya münaqişəni sona çatdırmaq üçün kompromis tapmaqda necə kömək etmək sualı ilə üzləşib: "Lakin hər iki tərəfin ağıllanacağına ümid edirik. Əlbəttə ki, ukraynalılar işğala görə qəzəblidir, amma irəli və ya geri bir neçə mil uğrunda minlərlə əsgəri itirməyə davam etməyə dəyərmi? Ümid edirəm ki, hər iki tərəfin ağlı başına gələcək. Yekun qərarı hər iki tərəf: Ukrayna və Rusiya verməlidir, Tramp bunu onlar üçün edə bilməz".
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, ABŞ-nin Rusiya-Ukrayna danışıqlarında vasitəçilik etməyəcəyini bəyan etməsi oyundan çıxmaqdan daha çox, tərəfləri sülhə məcbur etmək üçün “real vəziyyətlə” üz-üzə qoymaq gedişinə bənzəyir. Analitikin fikrincə, Vaşinqtonun imtinası müharibənin davam etməsi fonunda da maraqlarına uyğun görünmür:
"ABŞ geosiyasi müstəvidəki planlarına (xüsusilə Çinlə mübarizədə) görə Rusiya ilə anlaşmaq istəyir və bu, Ukrayna müharibəsinin həllindən keçir. Ukrayna məsələsinin həll edilməməsi Vaşinqtonun digər prioritetlərinə - İrana fokuslanan Yaxın Şərq, Çinə fokuslanan Uzaq Şərqdəki hədəflərinə, eləcə də Amerikada kontinental planlarına diqqət ayırmasını çətinləşdirir. ABŞ-nin oyundan çıxması rəqiblərini - Avropa İttifaqı və Çinin təşəbbüsü ələ alması cəhdlərinə zəmin yarada bilər. Ukrayna ilə “resurs anlaşması”nı imzalayan ABŞ-nin praktiki müstəvidə qazanc əldə etməsi də müharibənin dayanmasından keçir. ABŞ-nin vasitəçilikdən imtinası danışıqların dayanması baxımından hər iki tərəfə mənfi perspektivlər vəd edir. Rusiya Tramp Amerikası ilə anlaşma əldə edərək, Ukrayna müharibəsini müəyyən qələbə ilə başa çatdıra bilər. Məsələn, zəbt etdiyi ərazilər üzərində de-fakto nəzarəti qəbul oluna, sanksiyalar ən azından yumşala, beynəlxalq təcriddən xilas ola bilər. Bu, üç illik müharibədə Rusiyanın nail ola biləcəyi mümkün nəticələrdir. Lakin danışıqların dayanması Moskvanı bundan məhrum edəcək".
Ekspert qeyd edib ki, Ukrayna danışıqlar masasında qəbul etmədiyi tələblərə görə ABŞ-nin vasitəçilikdən imtina etməsində, prosesin dayanmasında maraqlıdır.
"Ancaq hadisələrin proqnozlaşdırılması çətin olan məcrada inkişaf etməsi riski də var. Müharibənin davam etməsi Ukraynanın ABŞ-nin hərbi yardımı olmadan Rusiyaya qarşı müqavimət imkanlarını sual altına salır. Vaşinqtonun vasitəçilikdən imtinası tərəflərə bu reallığı praktiki olaraq nümayiş etdirmək məqsədi daşıyır. Mümkündür ki, ABŞ-nin qərarından sonra Rusiya və Ukraynanın qarşılıqlı hücumları şiddətlənəcək və Vaşinqton ən böhranlı anda “xilaskar” kimi qayıdaraq, sülh planını qəbul etdirməyə çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm