ABŞ Türkiyəni uzaqda saxlamaz
00:38 05.02.2021
Dünya
840
Bayden Ərdoğan görüşündə gələcək əməkdaşlığın bünövrəsi qoyulacaq
Yaxın günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni Prezidenti Cozef Baydenlə görüşəcək. Bununla bağlı Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivan arasında telefon danışığı olub.
Baydenin indiyə kimi dörd dəfə Türkiyədə olduğunu, Prezident Ərdoğanı şəxsən tanıdığını bildirən Sallivan ABŞ prezidentinin Türkiyə lideri ilə yaxından əməkdaşlıq etmək istədiyini qeyd edib. O, həmçinin, Türkiyənin nə qədər mühüm bir ölkə olduğunu vurğulayıb.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli yaxın zamanda baş tutacaq görüş haqqında fikirlərini "Şərq"lə bölüşüb:
"Əslində Cozef Bayden seçki öncəsi Ərdoğana qarşı xoş olmayan fikirlər səsləndirmişdi. O bildirmişdi ki, müxalif qüvvələrə yardım etməklə Ərdoğanı hakimiyyətdən devirmək niyyətindədir.
Bu zaman Bayden öz təəssüratlarına əsaslanaraq çıxış edirdi. Lakin dövləti idarə etmək üçün tamam başqa situasiyada olmaq lazımdır. Buna görə də seçkiqabağı söylənilən fikirlərin əksəriyyəti unudulur və günün tələblərinə uyğun olaraq hərəkət etmək lazım olur".
Politoloq gözlənilən görüşün hər iki ölkə üçün uğurlu olacağını qeyd edib:
"Türkiyə NATO-ya daxil olan əhəmiyyətli dövlətlərdən biridir. Ərdoğanın hakimiyyətdə olduğu dövrdə bu ölkə çox inkişaf etmişdir.
Türkiyənin coğrafi mövqeyi NATO, xüsusilə ABŞ üçün böyük əhəmiyyət kəsb edir. Fikrimcə, Ərdoğan və Baydenin görüşü zamanı gələcəkdəki əməkdaşlığın bünövrəsi qoyulacaq.
Buna görə də iki ölkə arasında hər hansı bir problem və ya ziddiyyət yaşanmayacaq. Əksinə, Amerika çalışacaq ki, Türkiyə ilə daha yaxın və mehriban müttəfiq olsun".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil