ABŞ və İsrail İranda qanuni hakimiyyəti devirməyə çalışır - Zaxarova

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ABŞ və İsrail silahlı aqressiya vasitəsilə İranda qanuni hakimiyyəti devirməyə çalışır.

Sherg.az xəbər verir ki, Zaxarova səbəb kimi İrannın kollektiv Qərbə tabe olmamasında göstərir.

“Biz regionda, xüsusilə Yaxın və Orta Şərqdə vəziyyətin son dərəcə təhlükəli inkişafından ciddi narahatlıq ifadə edirik. Bu, ABŞ və İsrailin İrana qarşı heç bir əsaslandırılmış səbəb olmadan həyata keçirdiyi qanunsuz silahlı aqressiyanın nəticəsidir. Bu ölkələr BMT Nizamnaməsini və beynəlxalq hüququn əsas prinsiplərini pozaraq, müstəqil və suveren bir BMT üzv ölkəsində qanuni hakimiyyəti devirməyə cəhd göstərirlər,” - deyə Zaxarova açıqlamasında vurğulayıb.