Britaniya mediasından əldə edilən məlumata görə, ABŞ vitse-prezidenti Ceyms Devid Vens Sinsinnatidə yerləşən evinə silahlı hücum edilib.
Sherg.az xəbər verir ki, "The Mirror" nəşrinin xəbərinə görə, bazar ertəsi səhər tezdən C. Vensın evində baş verən hadisədən sonra bir şübhəli saxlanılıb.
ABŞ Gizli Xidmətinin gecə saat 00:15 radələrində şərq istiqamətində qaçan bir şəxsi görməsindən sonra polis qüvvələrinin hadisə yerinə çağırıldığı bildirilib. Hadisənin Vensin Sinsinnatidəki East Walnut Hills məhəlləsində, William Howard Taft Drive küçəsində yerləşən iqamətgahında baş verdiyi qeyd olunub.
Hücum zamanı Vens və ailə üzvlərinin evdə olmadığı açıqlanıb.