Aclıqdan ölənlərin sayı 339-a çatıb, onlardan 124-ü uşaqlardır

İsrailin hücum və blokadası səbəbindən aclıq yaşanan Qəzzada son 24 saatda 7 nəfər aclıqdan həyatını itirib. Onların arasında Şeyma əl-Eşram adlı uşaq da var.

Sherg.az xəbər verir ki, Aksa Şəhidləri Xəstəxanasının məlumatına görə, 7 oktyabr 2023-dən bəri aclıqdan ölənlərin sayı 339-a çatıb, onlardan 124-ü uşaqlardır.

BMT-nin dəstəklədiyi Qida Təhlükəsizliyi Təsnifatı (IPC) hesabatında bildirilib ki, 15 avqust 2025-dən etibarən Qəzzadakı aclıq “fəlakət səviyyəsi”nə çatıb. Yarım milyondan çox insan aclıq, yoxsulluq və ölüm təhlükəsi ilə üz-üzədir.

Misirlə sərhəddəki Rəfah keçid məntəqəsində minlərlə yardım maşını gözləsə də, İsrail yalnız məhdud yardımı buraxır. Gətirilən ərzaq isə ehtiyacın cəmi 14 faizini qarşılayır və bazarlarda yüksək qiymətlə satılır.