Adı Epşteyn işində keçən Slovakiya Baş nazirinin müavini istefa verdi

Cinsi cinayətlərdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə yazışmalarının dərc olunmasından sonra Slovakiya Baş nazirinin milli təhlükəsizlik üzrə müavini Miroslav Layçak vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko bildirib.

"Miro bir daha özünün əla diplomat olduğunu sübut etdi və mən onun əməkdaşlığı dayandırmaq təklifini qəbul edirəm, baxmayaraq ki, təkcə mən yox, hamımız diplomatiya və xarici siyasətdə inanılmaz təcrübə mənbəyimizi itiririk" - Fiko qeyd edib.