2026-cı ildə ən sürətli iqtisadi inkişaf, ümumi daxili məhsulun artım tempi Afrika ölkələrində olacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Africanews" Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinadən məlumat yayıb.
Ruanda, Uqanda və Efiopiya kimi ölkələrdə iqtisadi artım tempi 7%-i keçəcək. Cənubi Sudan və Qvineyanın isə güclü neft və mineral istehsalı sayəsində ikirəqəmli ÜDM artımına nail olacağı gözlənilir.
Bununla belə, BVF ekspertləri Afrikada qlobal istiləşmənin təsiri, siyasi qeyri-sabitlik və xarici borc faktorlarının mənfi hal kimi nəzərə alınmasının vacibliyini qeyd edirlər.
2026-cı ilə qədər qitə ölkələri kreditorlara təxminən 95 milyard dollar ödəməli olacaqlar. Məsələn, Keniya büdcəsinin 20%-ə qədərini xarici borcun ödənilməsinə ayırmaq məcburiyyətində qalacaq.