ABŞ Prezidenti Donald Trampın hazırda İrana qarşı quru əməliyyatı keçirmək planı yoxdur, lakin bu variant tam istisna edilmir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, quru əməliyyatı hazırkı planların tərkib hissəsi deyil.
“Bu, hazırkı planımızın bir hissəsi deyil. Lakin prezident bütün variantları nəzərdən keçirməyə davam edir”, - deyə Livitt qeyd edib.